Arbidol kovidin müalicə sxemindən çıxarıldı – Təsir etmir

2 Oktyabr 2021 21:10

Rusiya Səhiyyə Nazirliyi kovidin müalicəsi üçün yeni metodik tövsiyələrini açıqlayıb.

Milli.Az medicina.az-a istinadən bildirir ki, umifenovir - Arbidol müalicə sxemindən çıxarılıb, həm ambulator, həm də stasionarda pasiyentlərin kovid müalicəsində Arbidol tətbiq olunmur.

Yüngül gedişatlı xəstələrə Budesonid preparatı daxil edilib.

Orta ağır xəstələr üçünsə yanus-kinaz ingibitorları tövsiyə edilib.

Milli.Az