Xalq Artistinin məzar daşı hələ də qoyulmayıb - FOTOlar

28 Sentyabr 2021 18:24

Xalq artisti Ramiz Əzizbəylinin dünyasını dəyişməsindən 4 ay ötür.

Milli.Az axşam.az-a istinadən xəbər verir ki, aktyorun məzar daşı hələ də qoyulmayıb.

Mərhum Xalq artistinin qızı Xədicə Əzizbəyli məsələ ilə bağlı Axşam.az-ın sualını cavablandırıb. O bildirib ki, yaxın günlərdə məzar daşı sifariş edəcəklər:

"Qəbir daşını öz vəsaitimizlə düzəltdirəcəyik. Forma üzərində qərar verib sifariş edəcəyik. İnşallah, yaxın günlərdə məzar daşı qoyular".

Qeyd edək ki, R.Əzizbəyli koronavirus infeksiyasına yoluxmuşdu. Aktyor iyunun 9-da yerləşdirildiyi xəstəxanada vəfat edib.

Milli.Az