Gürcüstanın baş naziri Azərbaycana gəlir

28 Sentyabr 2021 14:27

Sentyabrın 29-da Gürcüstanın baş naziri İrakli Qaribaşvili Azərbaycana səfər edəcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə Gürcüstanın Azərbaycandakı səfirliyindən bildiriblər.

Qeyd olunub ki, İ.Qaribaşvili birgünlük səfəri çərçivəsində Azərbaycan-Gürcüstan iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyasınn iclasında iştirak edəcək.

Bundan başqa, onun baş nazir, parlamentin spikeri və digər rəsmi şəxslərlə görüşləri gözlənilir.

Milli.Az