Cənubi Koreyada 2025-ci ildə hava taksiləri istifadəyə veriləcək

28 Sentyabr 2021 17:24

Cənubi Koreyanın paytaxtı Seul şəhərində 2025-ci ildə hava taksiləri istifadəyə veriləcək.

Milli.Az Trend-ə istinadən bildirir ki, bu barədə ölkənin Dövlət Əraziləri, İnfrastruktur və Nəqliyyat Nazirliyinin şəhər nəqliyyatı ilə bağlı konsepsiyasında deyilir.

Qeyd olunur ki, aerotaksilərin kommersiya istismarının ilkin mərhələsi 2025-2029-cu illəri əhatə edəcək. Bu müddətdə taksilər Seulun mərkəzini Kimpho və İnçhin hava limanları ilə əlaqələndirəcək.

Aerotaksilər istismarın ilk mərhələlərində sürücülər tərəfindən idarə olunacaq. 2035-ci ildən başlayaraq isə taksilər pilotsuz hərəkət edəcək.

Hava taksilərinin 300-600 metr yüksəklikdə hərəkət etməsi nəzərdə tutulur.

Milli.Az