Qəbələdə şəhidlər anıldı - FOTO

28 Sentyabr 2021 13:19

Müdafiə Nazirliyinin dəstəyi və "Əsgərə xatirə kitabı" layihəsinin təşkilatçılığı ilə Qəbələ şəhərində "Anım günü" tədbiri keçirilib.

Tədbir şəhid ailələrinin, qazilərin, rayon icra hakimiyyəti nümayəndələrinin, və rayon ictimaiyyətinin iştirakı ilə Şəhidlər xiyabanının ziyarət olunması ilə başlayıb.

Əvvəlcə Ümummilli lider Heydər Əliyev və Vətənimizin ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, şəhidlərin ruhuna dualar oxunub. Dövlət himni ifa olunub.

Qəbələ Dövlət Peşə Təhsil mərkəzində Vətən müharibəsi şəhidlərinin ailə üzvləri və döyüşlərdə yalanmış qazilərlə Vətən müharibəsinin ildönümü ilə əlaqədar görüş keçirilib.

Tədbirlərdə Müzəffər Ali Baş Komandanın rəhbərliyi altında keçirilən "Dəmir yumruq" əməliyyatı nəticəsində rəşadətli Ordumuzun qazandığı şanlı qələbənin tarixi əhəmiyyəti, xalqımızın qələbədə rolu, şəhidlərin və döyüş iştirakçılarının igidlik, qəhrəmanlıq nümunələri haqqında ətraflı söhbətlər aparılıb, şəhidlərimizin yaddaşlarda əbədi yaşayacağından danışılıb.

Milli.Az