Azərbaycanda Vətən üçün qan tökməyə xalqın hər bir üzvü hazırdır - VİDEO

28 Sentyabr 2021 13:06

Ölkəmizdəki bütün millətlərin qəhrəman oğulları 44 günlük Vətən müharibəsində çiyin-çiyinə döyüşdülər, şəhid, qazi oldular. Onlar parlaq zəfərin əldə olunmasında pay sahibi oldular.

Milli.Az Xəzər TV-yə istinadən bildirir ki, milliyyətcə rus Denis Əliyev və axısqa türkü Alim Məhəmmədovun 2-ci Qarabağ döyüşlərində şəhadətə ucalması başda mənfur qonşularımıza və bütün dünyaya bir ismarıc idi.

Azərbaycanda Vətən üçün, Qarabağ üçün ölməyə, qan tökməyə xalqın hər bir üzvü hazırdır.

Yəhudi əsilli vətəndaşımız Daniel Zorbailov, milliyətcə ləzgi Taryel Ağasıyev və milliyətcə saxur olan Şahin Səfərov Vətən müharibəsində iştirak etməklə hər kəsə nümunə oldular. Sübut etdilər ki, Azərbaycanda bütün millətlərin nümayəndələri həmrəydirlər. Ən çətin günlərdə bir yumruq kimi birləşməyi bacarırlar.

Azərbaycan multikultural ölkə olduğunu, bütün millətlərin bu məmləkətdə mehriban, sülh içində yaşayadığını bir daha təsdiqlədi.

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

Milli.Az