Koreya yarımadasının nüvə silahlarından təmizlənməsi üçün rəsmi Pxenyan administrasiyası ilə qeyd-şərtsiz danışıqlara başlamağa hazırıq.
Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin sözçüsü Jalin Porter deyib.
"Pxenyanının bu təşəbbüsümüzə müsbət cavab verəcəyinə inanırıq. Koreya yarımadasının nüvə silahlarından tamamən təmizlənməsi Vaşinqtonun əsas hədəfidir", - deyə Porter bildirib.
Milli.Az