Nazirlər Kabineti ali məktəblərdə yeni maliyyələşmə mexanizmini təsdiq etdi

3 May 2010 15:38
Azərbaycan Nazirlər Kabineti "Ali təhsil müəssisələrində yeni maliyyələşmə mexanizmi"ni təsdiq edib. Bu barədə Nazirlər Kabinetinin məlumatında deyilir.

Yeni mexanizmə əsasən, ali təhsilin birinci və ikinci səviyyəsində bakalavr və magistraturaya hazırlıq adambaşına maliyyələşmə prinsipi üzrə dövlət sifarişi əsasında həyata keçiriləcək.

/Trend/