Ankaranın Atakule qülləsi Azərbaycan bayrağının rənglərinə boyanıb

27 Sentyabr 2021 23:58

Türkiyənin paytaxtı Ankaranın rəmzi sayılan Atakule qülləsi 27 sentyabr - Anım Günü ilə əlaqədar xüsusi dizaynla işıqlandırılıb.

Milli.Az Trend-ə istinadən bildirir ki, işıqlandırma prosesində Azərbaycan və Türkiyə bayraqları birgə təsvir olunub.

Həmçinin Atakule üzərində "Azərbaycan-Türkiyə: Bir millət, iki dövlət!" ifadəsi də əks etdirilib.

Milli.Az