Pakistan Abidəsi Azərbaycan bayrağı ilə işıqlandırılıb

27 Sentyabr 2021 23:15

Pakistan İslam Respublikasının paytaxtı İslamabadın rəmzi sayılan Pakistan Abidəsi (Pakistan Monument) 27 Sentyabr - Anım Günü ilə əlaqədar xüsusi dizaynla işıqlandırılıb.

Bu barədə Milli.Az-a Azərbaycan Respublikasının Pakistandakı səfirliyindən bildirilib.

İşıqlandırma prosesində Azərbaycanın dövlət bayrağı təsvir olunub.

Milli.Az