Bakıda mənzildə qadın meyiti aşkarlanıb

27 Sentyabr 2021 22:25

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Xəzər rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

FHN-dən Milli.Az-a verilən məlumata görə, hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1932-ci il təvəllüdlü Ukalova Klavdiya Samyonovnanın meyitini aidiyyəti üzrə təhvil veriblər.

Milli.Az