Qurban Qurbanovdan “Qarabağ”da növbəti yubiley

27 Sentyabr 2021 18:18

"Qarabağ" baş məşqçisi Qurban Qurbanovun rəhbərliyi altında 150-ci dəfə heç-heçə edib. 

Milli.Az Peşəkar Furbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu, Premyer Liqanın V turuna təsadüf edib. 

"Keşlə" ilə səfər matçı 1:1 hesabı ilə başa çatıb. 

2008-ci ilin yayından Ağdam komandasına rəhbərlik edən 49 yaşlı mütəxəssis komandasını çıxardığı 572-ci oyunda 150-ci heç-heçə ilə üzləşib. Bu sülhlərdən 101-i Premyer Liqa, 15-i Azərbaycan kuboku, 34-ü avrokuboklara təsadüf edib. 

Milli.Az