"Taliban" ABŞ-a xəbərdarlıq edib

28 Sentyabr 2021 22:08

"Taliban" hərəkatı Əfqanıstanın hava sahəsinin ABŞ pilotsuz uçuş aparatları (PUA) tərəfindən pozulduğunu bildirib.

Milli.Az APA-ya istinadən xəbər verir ki, bu barədə Əfqanıstanın müvəqqəti hökumətinin mədəniyyət və informasiya nazirinin müavini Zabiullah Mücahid şəxsi "Twitter" səhifəsində yazıb.

Onun sözlərinə görə, ABŞ PUA-ları ölkənin hava sahəsinə daxil olmaqla "Əfqanıstan İslam Əmirliyi"nin ("Taliban" öz idarə sistemini bu cür adlandırır) suverenliyini pozur.

"Biz bütün ölkələri, xüsusən ABŞ-ı hər hansı bir neqativ nəticənin qarşısının alınması üçün qarşılıqlı öhdəliklərə uyğun hərəkət etməyə çağırırıq", - "Taliban"ın bəyanatında belə deyilir.

Milli.Az