Bir neçə həftə qalıb, savaşa hazırlaşın – Erməni politoloq

27 Sentyabr 2021 17:36

Ölən uşaqların xatirinə növbəti savaşa hazırlaşın.

Milli.Az axar.az-a istinadən xəbər verir ki, bu sözləri öz Feysbuk səhifəsində erməni politoloq Alen Gevondyan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 29 sentyabrda Moskvaya nəzərdə tutulan səfərini şərh edərkən yazıb.

"Bu, bir neçə həftə məsələsidir, hansı ki, buna 29 sentyabrda aydınlıq gətiriləcək. Mərsiyə demək yerinə silahdan istifadəni öyrənin, elastiklik yerinə prinsipləriniz və iradəniz olsun", - deyə o bildirib.

Milli.Az