Yunanıstanda güclü zəlzələ olub - Ölən və yaralananlar var

27 Sentyabr 2021 14:52

Yunanıstanın Krit adasında Rixter cədvəli ilə 6,5 bal gücündə zəlzələ baş verib.

Milli.Az Trend-ə istinadən bildirir ki, zəlzələnin episentri İraklion şəhərindən 20 kilometr məsafədə, yerin 2 kilometr dərinliyində qeyd alınıb.

Hadisə nəticəsində bir nəfər həlak olub, daha 9 nəfərin isə xəsarət aldığı deyilir.

Qeyd olunub ki, birinci təkandan sonra 3,6 bal, 3,7 bal və 4,3 bal gücündə ard-arda üç təkan qeydə alınıb.

Milli.Az