Muradına çatan Murad Məmmədov. Bakıda şəhidin xatirə lövhəsinin açılışı olub - VİDEO

27 Sentyabr 2021 13:04

44 günlük Vətən müharibəmizin il dönümünə sayılı günlər qalarkan daha bir şəhidimiz Məmmədov Murad Elşən oğlunun yaşadığı Nizami rayonunda xatirə kompleksinin açılışı keçirildi.

Milli.Az Real TV-yə istinadən bildirir ki, açılışda rayon icra nümayəndəliyi, şəhid ailələri, rayon ictimaiyyəti iştirak etdilər.

Məktəblilər şerirlər səsləndirdi. Xatirə lövhəsi önünə əklillər qoyuldu, Muradın timsalında bütün şəhidlərin ruhuna dualar oxundu.

Milli.Az