Azadlığın doğum şəhadətnaməsi - VİDEO

27 Sentyabr 2021 13:28

Torpaqlara yan aldığımız gün

44 günlük zəfərimiz düz bir il əvvəl sentyabrın bu günü səngərdə doğuldu. Elə ilk günündən ayaq açan qələbəmiz işğal altında olan torpağın üstü ilə yeriməyə başladı.

Zəfərimiz doğum şəhadətnaməsini yalnız seçilmişlərə verirdi. 44 gündə Bakının küləyi də ancaq qərbə əsdi. Qəribsədiyimiz torpaqlara doğru. Bayraqlardan ibarət yelkən asmışdıq binalarımıza. Binadan bizim olana doğru yan almışdıq. Yan almışdıq sonu yanla bitən bütün haqsızlıqlara. Damları çoxdan sökülmüş, azanı dinmiş, otu ürpənmiş torpaqlara yan almışdıq. Beş barmağın beşi də eyni idi o gün. 5 barmağın beşi də şəhadət barmağından ibarət idi həmin gün. 5 barmağın hamısı şəhadət barmağıından ibarət olanda dəmmir yumruq olur. Azərbaycan xaqlı özünün tarixi, genetik formulunu tapdı həmin gün. Dəmir yumruq. Yumurq bir əlin, bir əməlin həmrəyliyi idi. Şəhadətdən savatyı heç bir ölümün fəxarət məqamına yüksəlməsi mümkün deyil. Bu gün sizi anırıq. Mübarək məqamınız qarşısına qoyduğumuz susqunluq çələngini qəbul edin. O çələngdə bülbülün düşməni xar etdiyi Şuşa da vardı.

Milli.Az