Xalq artisti vəfat etdi - FOTO

27 Sentyabr 2021 09:28

Azərbaycanın məşhur "Qaya" ansamblının İsraildə yaşayan üzvü, Xalq artisti Teymur Mirzəyev sentyabrın 26-da dünyasını dəyişib.

Milli.Az xəbər verir ki, bu barədə Rəşid Behbudov Fondunun rəhbəri Kamil şahverdi bildirib.
Beləliklə "Qaya" ansamblının dördüncü uzvü də haqq dünyasına qovuşub.

1961-ci ildə Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbində təhsil alan dörd gənc - Arif Hacıyev, Adil Nəzərov, Rauf Babayev və Teymur Mirzəyev vokal kvartet yaratmaq fikrinə düşür. Qrupun ilk çıxışları tələbə yığıncaqlarında və musiqi məktəbinin kiçik otaqlarında baş tutur.

"Qaya" vokal ansamblı 1961-ci ildən 1988-ci ilə qədər fəaliyyət göstərib.

Qrup Azərbaycan, ingilis, ispan, polyak və rus dilində mahnılar ifa edib.

T.Mirzəyev 1961-ci ildə "Qaya" ansamblının bədii rəhbəri və solisti olmuşdu. 

Allah rəhmət eləsin...

Milli.Az