Bu 44 günlük müharibənin son dərəcə acı dərslərindən biri də onun qarşısının alınması mexanizmlərinin Ermənistan tərəfindən istifadə edilməməsidir.
Milli.Az xəbər verir ki, bu sözləri axar.az-a açıqlamasında Plexanov adına Rusiya İqtisad Universitetinin Politologiya və sosiologiya kafedrasının dosenti, "Rusiya zabitləri" ekspert şurasının üzvü Aleksandr Perenciyev 44 günlük müharibənin başlaması - Anım Günü ilə bağlı deyib.
Ekspert bildirib ki, silahlı münaqişə məhz Ermənistanın danışıqları imitasiya etdiyinə görə baş verdi:
"30 il ərazində Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa olunması məsələsini hərbi güc tətbiq etmədən həll etmək üçün danışıqlar gedirdi. Minsk Qrupunun üzvü olan dövlətlərin vasitəçiliyi ilə, rəsmi Bakı ilə İrəvan arasında münaqişənin, daha doğrusu, hərbi münaqişənin qarşısının alınması haqqında razılıq imzalanmışdı. Bu məqsədlə Rusiya tərəfindən "Kazan formulu" və "Lavrov planı" da təklif edildi. Təəssüf ki, rəsmi İrəvan bütün danışıqlar prosesinə və sənədlərə müharibənin qarşısının alınması deyil, Azərbaycan torpaqlarının işğal altında saxlanılması vasitəsi kimi baxırdı. Odur ki, müharibə rəsmi İrəvanın danışıqlar prosesinin imitasiyasının məntiqi və qaçılmaz nəticəsi oldu. Rusiya ekspertləri, mən daxil, Azərbaycan və digər KİV-in köməyi ilə erməni tərəfinə dəfələrlə xəbərdar edirdi ki, İrəvanın fəaliyyəti müharibəyə aparır. Amma hər şey əbəs oldu!"
Onun sözlərinə görə, rəsmi İrəvan məğlubedilməz olduğuna, həmçinin, Rusiya və KTMT üzrə digər müttəfiqlərinin ona Azərbaycan torpaqlarını işğal etməsini təmin edəcəyinə inanırdı:
"Şəxsən mən Ermənistan tərəfinə dəfələrlə xəbərdarlıq etmişəm ki, Rusiya və KTMT bu mövqedən çıxış etməyəcək və kənarda qalmağı seçəcəklər. Beləliklə, KTMT digər dövlətlərə qarşı təcavüz vasitəsi deyil, müdafiə ittifaqıdır. Ona görə də Qarabağ müharibəsinin ən əsas nəticəsi Azərbaycan Respublikasının birlik və bütövlüyünün bərpa edilməsi və təcavüzkarın KTMT-nin üzvü və Rusiyanın müttəfiqi olsa belə, ciddi cəzalandırılmasıdır! Postsovet məkanında Kollektiv Təhlükəsizlik dövlətlərin bütövlüyünə, suverenliyinə, eləcə də keçmiş sovet respublikalarının bütün vətəndaşlarının hüquqlarına, həyati mənafelərinə və azadlıqlarına hörmət etmək deməkdir! Azərbaycan əraziləri erməni işğalından azad olunandan sonra bütün dünya Qarabağdakı infrastrukturun necə məhv edildiyini gördü. Yalnız işğalçılar belə hərəkət edirlər. Torpaqların əsl sahibləri isə azad edilmiş ərazilərin bərpasına başlayıblar. Hər şey göz önündədir. Bütün postsovet məkanı, eləcə də bütövlükdə dünya bunu anlamalı oldu. Buna görə də yalnız köhnə deyimə gəlmək məcburiyyətindəyik: nə olursa, yaxşılığa aparır. 2020-ci ilin payızında Azərbaycan Respublikası üçün Vətən müharibəsinin nəticələrindən danışarkən məhz bunu demək olar".
Milli.Az