Bakı şərəfini qaytardı, geopolitik vektoru dəyişdi - Panfilov

27 Sentyabr 2021 09:58

Azərbaycan 44 günlük müharibə ilə regionun geosiyasətinin vektorunu dəyişdi.

Milli.Az xəbər verir ki, bu sözləri axar.az-a gürcü tarixçi Oleq Panfilov 44 günlük müharibənin başlamasının işdönümü haqda danışarkən deyib.

Onun sözlərinə görə, bu qələbə təkcə silah gücünə qazanılmış qələbə deyil, həm də Azərbaycan diplomatiyasının misilsiz uğurudur:

"Cənubi Qafqaz haqqında yazdığım məqalələrdə qeyd etdiyim kimi Paşinyanın Qarabağ problemində "islahatçı" olacağına ümidim vardı - axı yeni nəslin adamı idi, amma təəssüf ki, "ermənilik ideologiyası"nın sağlam düşüncədən üstün olduğu ortaya çıxdı. Əlbəttə ki, Azərbaycanın bu məsələni belə qoymayacağını, iqtisadi cəhətdən Ermənistandan qat-qat güclü olduğunu və s. güman etmək olardı, lakin az adamın diqqət yetirdiyi bir detal var: Azərbaycan diplomatiyası türk diplomatiyasından çox şey öyrənib - nəinki silahlar, nəinki iş quruculuğu ruhu, həm də geosiyasətdə manevr etmək bacarığı. Bakı mahiyyət etibarilə iki əsrdən artıqdır ki, erməniləri öz vədləri ilə bəsləyən Rusiyanı Ermənistandan qopara bildi. Nəticədə, Cənubi Qafqazda 44 günlük müharibədə Azərbaycan nəinki şərəf və ləyaqətini geri qaytardı, həm də geopolitikanın vektorunu dəyişdi. NATO regiona Türkiyənin simasında gəldi".

Milli.Az