Bill Qeytsdən Bezos və Maska çağırış: Dünyada görüləcək çox işimiz var

27 Sentyabr 2021 09:40

Dünyanın ən zəngin insanlarından olan Bill Qeyts öz "həmkarları" Ceff Bezos və İlon Maska müraciət edib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, o, mutimilyarderlərin kosmosun fəthi uğrunda savaşa çıxmasının yanlış olduğunu bildirib.

"Microsoft"un təsisçisi "Amazon" və "Tesla"nın sahiblərinə dünyadakı mövcud problemlərə daha çox diqqət ayırmağı tövsiyə edib.

"Kosmos? Hələ dünyada görüləcək çox işimiz var", - deyə Qeyts bəyan edib.

Milli.Az