Nüsrətin restoranında qiymətlər məlum oldu - FOTO

27 Sentyabr 2021 10:46

Məşhur türkiyəli aşpaz Nüsrətin Londondakı restoranında mövcud qiymətlər məlum olub.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, futbol meneceri Muzzi Özcan restoranda ona təqdim edilən çekin fotosunu sosial şəbəkədə yayıb.

Təsvirdən bir hamburgerin 100 funt (232 manat), koka-kolanın isə 9 funt (21 manat) olduğu anlaşılır.

Paylaşım sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olub.

Milli.Az