Bakı sakini anası və xalasını bıçaqlayıb

27 Sentyabr 2021 07:00

Bakının Sabunçu rayonunda bıçaqlanma hadisəsi baş verib.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Maştağa qəsəbəsində qeydə alınıb.

Belə ki, 1972-ci il təvəllüdlü Mirzəyeva Zöhrə Şirxan qızı oğlu Orxan Mirzəyevlə mübahisə edib. Mübahisə zamanı O.Mirzəyev anasına bıçaqla bir neçə zərbə vuraraq ağır xəsarətlər yetirib. Hadisəni törədən şəxsin xalası 1977-ci il təvəllüdlü Şirinova Zöhrə Şirxan qızı tərəfləri ayırmaq istəyərkən o da bıçaqlanıb. Ağır xəsarət alan qadınlar xəstəxanaya çatdırılıb. Həkimlərin verdiyi məlumata görə, Z.Mirzəyevanın vəziyyəti ağırdır.

Milli.Az