Gürcüstanda zəlzələ olub

26 Sentyabr 2021 23:59

Gürcüstanda 3,7 bal gücündə zəlzələ baş verib.

Trend-in Gürcüstanın Birinci kanalına istinadən verdiyi məlumata görə, saat 19:07-də qeydə alınan yeraltı təkanların episentri Oni şəhərindən 7 kilometr cənub-şərqdə yerləşib.

Zəlzələ nəticəsində dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.

Milli.Az