Türkiyədə son sutkada koronavirusdan 24 875 nəfər sağalıb

26 Sentyabr 2021 22:38

Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 228 nəfər vəfat edib.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirus infeksiyasının müəyyən edilməsi ilə əlaqədar 341 221 nəfər test edilib, 25 861 yeni yoluxma halı qeydə alınıb.

Qeyd edilib ki, ötən gün koronavirusdan 24 875 nəfər sağalıb.

Milli.Az