Miraydan estetik açıqlaması

26 Sentyabr 2021 18:42

Aktrisa Miray Daner estetik əməliyyat barədə danışıb.

Milli.Az axşam.az-a istinadən bildirir ki, aktrisa plastik əməliyyat etdirməsi haqda çıxan xəbərlərə münasibət bildirib:

"Heç bir estetik etdirməmişəm. Çox gənc yaşlarımdan aktrisalıqla məşğulam. Böyüyürəm və insanlar bunun şahidi olurlar. Dəyişməmin səbəbi bu ola bilər.

10 kilo arıqladım. Pandemiya zamanı sağlam qidalanmağa başladım. Sonra baxdım vaxt keçmir, evdəki proqramıma idman da əlavə etdim".

Qeyd edək ki, Miray hazırda "Sayqı" serialında rol alır.

Milli.Az