Məşhur filmdəki ayaqqabı 68 minə satıla bilər - FOTO

26 Sentyabr 2021 18:24

"Gələcəyə qayıdış 2" filmində "Marti Makflay"ın geyindiyi əfsanəvi ayaqqabılar "Sotheby's" hərrac evində satışa çıxarılacaq.

Milli.Az axşam.az-a istinadən bildirir ki, "Nike Mag" tərəfindən istehsal olunan ayaqqabı öz-özünə bağlanma funksiyası ilə təchiz olunub.  

Onun hərracda 40 min dollara (təxminən 68 min manat) satılacağı gözlənilir.

Milli.Az