Bin Ladenin öldürüldüyü ev xarabalığa çevrilib

26 Sentyabr 2021 17:42

Əl-Qaidə lideri Üsamə Bin Ladenin 2011-ci ilin 1 mayında Pakistanın Abbotabad şəhərində öldürüldüyü bina xarabalığa çevrilib.

Milli.Az axar.az-a istinadla xəbər verir ki, bu barədə yerli sakinlər məlumat yayıblar.

Məlumata görə, Bin Ladenin yaşadığı evəə zibil tullantıları yığılıb. Yerli və əcnəbi turistlər tərəfindən tez-tez ziyarət edilən evdən həm də uşaqlar oynamaq üçün istifadə edirlər.

Milli.Az