Bu ölkədə maska məcburiyyəti ləğv edildi

26 Sentyabr 2021 15:30

Niderland koronavirusla bağlı məhdudiyyətlərdə növbəti yumşalmanı elan edib.

Belə ki, ölkədə 1,5 ildən sonra nəhayət 1,5 metrlik sosial məsafə qaydası və maska taxmaq məcburiyyəti ləğv edilib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, ölkədə həmçinin koronavirus testi mənfi çıxan, yoluxub sağalan və iki doza vaksin vurdurmuş şəxslər üçün tətbiq olunan "korona kart" layihəsi bu gündən etibarən qüvvəyə minib.

Milli.Az