Göygöldə qayınata kürəkənini bıçaqladı

26 Sentyabr 2021 14:18

Göygöldə bıçaqlanma hadisəsi baş verib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Hacıməlik kəndində qeydə alınıb.

Belə ki, 1987-ci il təvəllüdlü Məhərrəmov Azər Qiyas oğlu bıçaqlanma diaqnozu ilə xəstəxanaya yerləşdirilib. Xəstə dərhal əməliyyat edilib, vəziyyətinin kafi olduğu bildirilir.

Məlumata görə, A. Məhərrəmov qayınatası tərəfindən bıçaqlanıb.

Milli.Az