Gimnastımız Macarıstanda keçirilən Qran Pridə qızıl medal qazandı - FOTO

26 Sentyabr 2021 11:51

Azərbaycanın idman gimnastikası üzrə milli komandasının üzvü Nikita Simonov beynəlxalq yarışda - Macarıstan Qran Prisində birinci yer tutub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, idman gimnastikası üzrə yarışı 24-26 sentyabr tarixlərində Sombatxey şəhərində keçirilir. Azərbaycan gimnastı halqa ilə hərəkətlərində qızıl medal qazanıb (14.500 xal).

İkinci yeri Avstriya gimnastı, üçüncü yeri isə İsraili təmsil edən idmançı tutub.

Milli.Az