Gürcüstanda koronavirusa yoluxanların sayı 606 492 nəfərə çatıb

26 Sentyabr 2021 13:00

Gürcüstanda son sutka ərzində yeni növ koronavirusa (COVID-19) 1 132 yoluxma halı qeydə alınıb, 30 nəfər ölüb.

Milli.Az APA-ya istinadən bildirir ki, bu barədə Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzinin məlumatında bildirilib.

Bununla da qonşu ölkədə koronavirusa yoluxanların sayı 606 492, ölənlərin sayı isə 8 817 nəfərə çatıb. Virusa yoluxanlardan 576 498 nəfərin sağaldığı bildirilir.

Milli.Az