Mingəçevirdə motosiklet qəzası - Xəsarət alan var

26 Sentyabr 2021 11:16

Mingəçevirdə bir nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub.

Milli.Az APA-ya istinadən bildirir ki, hadisə Heydər Əliyev prospektində baş verib.

"VAZ 2106" markalı maşın "Azərkabel" zavodu yaxınlığında motosikletlə toqquşub. Qəza zamanı müxtəlif bədən xəsarətləri alan 1982-ci il təvəllüdlü motosikletin sürücüsü Əsədli Mürşüd Ramil oğlu xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az