Lerikdə sərxoş şəxs bərbəri bıçaqladı

25 Sentyabr 2021 23:31

Lerikdə bərbər bıçaqlanıb.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə şəhər ərazisində baş verib.

Belə ki, şəhər mərkəzindəki kişi salonunda bərbər işləyən 1981-ci il təvəllüdlü Vaqif Arif oğlu Abbasov münaqişə zəminində sərxoş şəxs tərəfindən bıçaqlanıb.

Yaralı təcili tibbi yardım tərəfindən Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb və cərrahi əməliyyat olunub.

Faktla bağlı araşdırma aparılır.

Milli.Az