Ağcabədidə ev yanıb

25 Sentyabr 2021 21:56

Ağcabədi rayonunda ümumi sahəsi 200 m² olan birmərtəbəli 5 otaqlı evin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 30 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az