Gələn il can Azərbaycandan başlayaraq, "Teknofest"i bütün müttəfiq ölkələrdə keçirəcəyik - Ərdoğan

25 Sentyabr 2021 16:31

Gələn il can Azərbaycandan başlayaraq, "Teknofest"i bütün müttəfiq ölkələrdə keçirəcəyik.

Milli.Az Trend-ə istinadən bildirir ki, bunu Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

"Teknofest"i beynəlxalq brendə çevirəcəyik", - deyə Türkiyə Prezidenti qeyd edib.

Onun sözlərinə görə, 2018-ci ildə "Teknofest" - texnologiya festivalı ilk dəfə keçiriləndə burada 14 texnoloji yarışma təşkil olunmuşdu və 20 min nəfər qatılmışdı. Hazırda isə bu rəqəmlər 35 yarışmaya və 200 min iştirakçıya çatıb.

Milli.Az