Aygün MM atasından yazdı: Yalnız qalmışam...

25 Sentyabr 2021 18:22

Müğənni Aygün MM koronavirusdan dünyasını dəyişən atası haqda paylaşım edib. 

Milli.Az xəbər verir ki, sənətçi İnstaqram hesabında bu sözləri yazıb:

"Sənin üçün çox darıxıram. Mənim sirdaşım, dostum idin, ata. Səninlə nəfəs alırdım, mahnılarımın ilk dinləyicisi idin, İlham pərim. Gözümün nuru, hara getdin, məni tək qoydun. Sənsizliyə alışa bilmirəm, sanki yalnız qalmışam. Bu dünyada sükut və mən varam".
 

Milli.Az