Rusiyada 22 mindən çox yeni yoluxma qeydə alınıb

25 Sentyabr 2021 17:52

Rusiyada koronavirusa yoluxanların sayı 7,4 milyon nəfərə yaxınlaşır.

Milli.Az Trend-ə istinadən bildirir ki, ötən gün ölkədə 22 041 yeni yoluxma qeydə alınıb.

Eyni zamanda, 822 nəfər həyatını itirib. Bununla da Rusiyada koronavirusdan ölənlərin sayı 203 095 nəfərə çatıb.

Milli.Az