"Milan" liderliyə yüksəldi

25 Sentyabr 2021 19:44

"Milan" İtaliya A seriyasında növbəti oyunu keçirib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, komanda 6-cı turda "La Spezia"nın qonağı olub. Matç "Milan"ın 2:1 hesablı qələbəsi ilə başa çatıb.

"La Spezia" - "Milan" - 1:2
Qollar: Maldini, 48 (0:1), Verde, 80 (1:1), Dias, 86 (1:2)

Bu qələbə ilə "Milan" 16 xalla turnir cədvəlində liderliyə yüksəlib. "Napoli" 15 xalla 2-ci, "İnter" 13 xalla 3-cüdür.

Milli.Az