Nikol Paşinyan protokol şöbəsinin rəisini vəzifəsindən azad etdi

25 Sentyabr 2021 16:37

Ermənistanın Baş naziri administrasiyasının Protokol şöbəsinin rəisi Eduard Arutyunyan vəzifəsindən azad edilib.

Milli.Az report-a istinadən bildirir ki, Ermənistanın Baş naziri Nikol Paşinyan bununla bağlı qərar imzalayıb.

Qərara əsasən, Ermənistan Xarici İşlər Nazirliyindən Baş nazir administrasiyasına ezam olunan Eduard Arutyunyan vəzifəsindən azad edilib.

Milli.Az