Mənsimovun partlayan tankerini 275 milyon rubla satırlar

25 Sentyabr 2021 16:22

Rusiyada müflis olmuş "Palmali" MMC-yə məxsus (Mübariz Mənsimovun sahibi olduğu "Palmali Shipping" şirkətinin törəmə şirkəti,-red.) "General Həzi Aslanov" tankeri 275 milyon rubla satışa çıxarılıb.

Milli.Az virtualaz.org-a istinadən xəbər verir ki, bu haqda Rusiya KİV-ləri yazıb.

Qeyd olunur ki, gəmi qəzalı vəziyyətdədir. Onun satışı üzrə hərrac noyabrın 2-də keçiriləcək, iştirak üçün ilkin şərt gəminin ilkin qiymətinin 5 faizi həcmində girov qoymaqdır.

"General Həzi Aslanov" tankerində 2020-ci il noyabrın 24-də Rostov ətrafında partlayış baş verib. Nəticədə gəminin gövdəsində 12 metrlik dəlik yaranıb. Həmin vaxt tankerdə 13 nəfər olub, onlardan 10-u təxliyə edilib, qalan  nəfərin taleyi hələ də məlum deyil. Dənizdə axtarış işləri nəticə verməyib. Faktla bağlı yanğın təhlükəsizliyi , 2 və daha çox adamın ölümünə səbəb olduqda maddəsi ilə cinayət işi qaldırılıb.

"Palmali" MMC 2018-ci ildə müflis elan edilib. Şirkətin "Sberbank"a və digər kreditorlarla 70 milyon dollardan çox ödənilməmiş borcu olub.

Qeyd edək ki, Mübariz Mənsimov FETÖ ittihamı ilə həbs olunduğu Türkiyədə bir neçə ay əvvəl şərti azadlığa çıxıb və borc içində batan şirkətini dirçəltməyə çalışacağını bildirib. Lakin bu günlərdə o, yeni qalmaqalla üzləşib. Məlum olub ki, Mübariz Mənsimovun qardaşı Marif Mənsimov onun barəsində İstanbul Cümhuriyyət Prokurorluğuna şikayət ərizəsi verib. Ərizədə göstərilir ki, Mübariz Mənsimov çoxsaylı şəxsləri aldadıb, çirkli əlaqələrin içərisindədir və o cümlədən mafiya ilə əlbirdir.

Milli.Az