İmran Xan: Dünya 3 təhdidlə toqquşub

25 Sentyabr 2021 15:52

Dünya üç çağırışla - COVİD-19 pandemiyası, iqtisadi böhran və iqlim dəyişikliyi ilə əlaqədar təhdidlərlə toqquşub.

Milli.Az axar.az-a istinadən bildirir ki, bunu Pakistan Baş naziri İmran Xan deyib. O, bununla bağlı müvafiq strategiyanın qəbul edilməli olduğunu bildirib:

"Virus qeyri-müəyyən hava şəraiti ucbatından yaranan fəlakətlər kimi millətlər və insanlar arasında fərq qoymur. Biz ümumi strategiya qəbul etməliyik. Bu strategiyaya ilk növbədə vaksinlərin bərabər bölgüsü aid edilməlidir".

Milli.Az