Gürcüstanda COVID-19-a yoluxanların sayı 605 mini keçib

25 Sentyabr 2021 15:07

Gürcüstanda son sutkada koronavirusa 1 597 yeni yoluxma faktı qeydə alınıb, 38 nəfər vəfat edib.

Milli.Az xəbər verir ki, bu barədə ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib.

Bununla da qonşu ölkədə COVID-19 infeksiyasına ümumi yoluxma sayı 605 360 nəfərə, ölənlərin ümumi sayı isə 8 787 nəfərə yüksəlib.

Ötən 24 saatda 1 189, ümumilikdə isə 573 542 nəfər müalicə olunaraq sağalıb.

Milli.Az