Hacıqabulda narkotik alverçisi saxlanılıb

25 Sentyabr 2021 13:36

Hacıqabulda narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan rayon sakini saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Milli.Az verilən məlumata görə, Hacıqabul Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan rayon sakini Rəşad Cəfərov saxlanılıb.

Onun üzərinə keçirilən baxış zamanı "patı" adlanan psixotrop maddə - metamfetamin aşkar edilərək götürülüb.

Faktla əlaqədar Hacıqabul Rayon Polis Şöbəsində araşdırmalar aparılır.

Milli.Az