Türkiyədə növbəti gözəllik müsabiqəsi keçiriləcək - FOTO

25 Sentyabr 2021 14:52

Türkiyənin populyar kurort bölgəsi Kəmərdə növbəti "Miss Aura International" gözəllik müsabiqəsi keçiriləcək.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu il sayca 15-ci olan tədbirin iştirakçıları artıq "Rixos Sungate Hotel"də yerləşdirilib. Müsabiqəyə qırx nəfərin qatılacağı bildirilib.

Qeyd edək ki, gözəllik kraliçası adı uğrunda mübarizənin finalı oktyabrın 3-də baş tutacaq.

Milli.Az