"Mançester Yunayted" uduzdu

25 Sentyabr 2021 19:41

"Mançester Yunayted" İngiltərə Premyer Liqasında növbəti oyuna çıxıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, "qırmızı şeytanlar" 6-cı turda evdə "Aston Villa"nı qəbul edib. Matç qonaq komandanın 1:0 hesablı qələbəsi ilə başa çatıb.

"Mançester Yunayted" - "Aston Villa" - 0:1
Qol: Haus, 88

"Mançester Yunayted" hazırda 13 xalla 4-cü, "Aston Villa" 10 xalla 7-cidir. Turnir cədvəlinə 5 oyundan 13 xalı olan "Liverpul" başçılıq edir.

Milli.Az