Erməni kəndli: "Evimin damına Azərbaycan bayrağı taxıblar" - VİDEOREPORTAJ

25 Sentyabr 2021 11:03

Azadlıq Radiosunun Ermənistan redaksiyası bu günlərdə Şurnux kəndindən növbəti reportajı hazırlayıb.

Milli.Az xəbər verir ki, reportajda Şurnux kəndində son vəziyyət, erməni əhalinin narahatlığı, qayğıları işıqlandırılıb. 

Şurnux kəndinin rəhbəri Akop Arşakyan deyir ki, Azərbaycanlılar gələndən bu yana hələ ki, kənddə elə bir ciddi insident baş verməyib. O, həmçinin bildirib ki, onun evinin damında Azərbaycan bayrağı dalğalanır. 

Milli.Az