Syomin istefa verdi

25 Sentyabr 2021 19:38

Rusiya "Rostov"unun baş məşqçisi Yuri Syomin istefa verib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, Premyer Liqa təmsilçisinin rəhbərliyi ilə görüşdə qarşılıqlı razılaşma ilə bu qərar qəbul olunub.

Qeyd edək ki, Syomin bu ilin avqustundan "Rostov"u çalışdırırdı. Onun rəhbərliyi altında komanda bu mövsüm  ölkə çempionatında keçirdiyi 7 matçın yalnız 1-də qələbə qazanıb. Komanda hazırda 6 xalla 16 kollektiv arasında 15-ci pillədə qərarlaşıb.
 
Xatırladaq ki, Syomin 2013/14 mövsümündə "Qəbələ"ni çalışdırıb.

Milli.Az