Ağcabədidə birmərtəbəli ev yanıb

25 Sentyabr 2021 09:36

Ağcabədi rayonunun Bala Kəhrizli kəndində ümumi sahəsi 143 m² olan birmərtəbəli evin mətbəxinin yanar konstruksiyaları 24 m² sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən Milli.Az-a verilən məlumata görə, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Milli.Az