Türkiyə bəyaza büründü - FOTO

25 Sentyabr 2021 12:12

Türkiyənin Şərqi Qara dəniz ərazisindəki yaylaqlar bəyaz qara bürünüb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, Rize və Gümüşhanedə dünəndən başlayan yağış səhərə doğru qarla nəticələnib.

Rizenin Çamlıhemşin rayonu Yuxarı Kavron Yaylasında səhəri 15 santimetrdən çox yağan qarla oyanan insanlar sürpriz yaşayıblar. Onlar erkən qar səbəbi ilə qayıtmaq üçün hazırlıqlara başlayıblar.

Uludağ, Erciyes, Kartalkaya xizək mərkəzlərində də maraqlı qar mənzərələri yaranıb.

Milli.Az